ABŞ-ın Aydaho ştatındakı avtomobil dayanacaqlarından birinə göydən ölü qazlar düşüb.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ştatın ov və balıq resurları departamenti quşların güclü qasırğa zamanı ildırım vurmasından öldüyünü ehtimal edir. Göydən 50-yə yaxın qaz cəsədinin düşdüyü bildirilib.