“Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində növbəti təlim

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) maarifləndirmə tədbiri olan “Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində keçirilən təlimlər davam etdirilir.

Mərkəzdən Biosfer.az-a bildirilib ki, növbəti təlim “Bakı İstedadlar Təhsil Kompleksi”ndə 12-ci sinif şagirdləri üçün keçirilib. Tədbirdə RSXM-nin əməkdaşları Gülnarə Alxanova, Afaq Ağazadə, Leyla Aşurova, Lalə Piriyeva məktəblilərə zəlzələ, onların başvermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları haqqında ətraflı məlumat veriblər.

Təlim zamanı, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş