Şərikli adada FÖVQƏLADƏ VƏZİYYƏT – Neft dənizə axdı, ölənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

Borneo adasının Balikpapan liman şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.

Biosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sahil boyu dənizə dağılan neftin alışması olub. Hadisə nətciəsində 4 balıqçı həyatını itirib. Bir nəfərin itkin düşdüyü bildirilir.

Bazar günü baş verən hadisənin fəsadları hələ də aradan qaldırılmayıb. Hal-hazırda dəniz suyunu zəhərləyən neftin alovu söndürülməyib. Qara tüstü 18 kvadrat kilometr əraziyə yayılıb.

Balıkpapan şəhərində 700 min əhali yaşayır. İnsanlar hazırda havadan zəhərlənməmək üçün qoruyucu maskayla gəzir.

Bu hadisənin ətraf mühitə təsirinin nə qədər olacağı hələ məlum deyil.

İndoneziyanın Ətraf Mühit nazirliyi və meşə təsərrüfatları idarəsinin rəsmiləri bildiriblər ki, hazırda xilasedicilər neftin daha böyük əraziyə yayılmasının qarşısını almağa və dənizi kimyəvi preparatlardan təmizləməyə çalışır.

Qeyd edək ki, Borneo adası dünyada yeganə adadı ki, 3 ölkəyə – İndoneziya, Malayziya, Bruney – məxsusdur.

Paylaş