ABŞ-ın Kaliforniya ştatının cənub sahilləri yaxınlığında 5,3 bal gücündə zəlzələ olub.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yayıb.
Bildirilib ki, yeraltı təkanların mərkəzi Şannel adaları sahilindən 57 km. cənub-qərbdə olub.
Zəlzələnin ocağı 16,8 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində ölən və xəsarət alanların olması barədə məlumat yayılmayıb.