Alimlər dörd gözü olan kərtənkələ qalıqları aşkar ediblər.
Biosfer.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu kərtənkələnin 49 milyon il əvvəl ABŞ-ın Vayominq ştatı ərazisində yaşadığı ehtimal edilir. Bu, ilk hadisədir ki, çənə onurğalarında dörd göz var. Daha əvvəl müasir heyvanların arasında bu hal yalnız çənəsiz ilanbalıqlarında müşahidə olunub.
“Saniwa ensidens” adlandırılan kərtənkələdə tapılmış 3-cü və 4-cü göz əmgək gözlərinə aiddirlər. Onlar əsasən oriyentasiyaya cavab verirlər.
Alimlər bu qərara 1871-ci ildə aşkar edilən çöl kərtənkələsinin qalıqlarını ətraflı təhlil etdikdən sonra gəliblər. Araşdırma “Current Biology” jurnalında dərc edilib.