Masazırda HƏYƏCAN TƏBİLİ – Duz gölü daşır

Google+ Pinterest LinkedIn Tumblr +

Masazırda duz gölü daşır. Problemin hava şəraiti ilə əlaqəli olduğu ehtimal edilir.
Biosfer.az “Sputnik Azərbaycan”-a istinadən xəbər verir ki, Masazır — Novxanı yolu üzərində yerləşən gölün səviyyəsi qalxıb.

Ərazi sakinlərinin sözlərinə görə, suyun səviyyəsinin qalxması bir neçə gündür ki, müşahidə edilir. Problemin hava şəraiti ilə əlaqəli olduğu ehtimal edilir. Sakinlər hesab edirlər ki, gölün daşmasının qarşısı alınmasa, daha ciddi fəsadlar meydana çıxacaq.

Qeyd edək ki, artıq su yolu tamamilə basıb.

Paylaş