Türkiyədə Bintaş məhəlləsində yaşayan çoban Halil Ergüneşə aid qoyun sürüsündə yeni doğulan çəpiş görənləri heyrətləndirib.
Biosfer.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, doğulan çəpişin başı olmayıb. Çəpişi əlinə alan çoban gördüklərinə inanmayıb. O, hətta çəpişdən qorxduğunu deyib: “Gördüklərimə inanmadım, hətta qorxdum da. Başı olmasa da, heyvan yaşayırdı. 10-15 dəqiqə yaşadı və sonra öldü”.