İranda GÜCLÜ ZƏLZƏLƏ – Xəsarət alanlar var

Google+ Pinterest LinkedIn Tumblr +

İranın qərbində 5,3 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Zəlzələ zamanı 23 nəfər xəsarət alıb. Onlara ambulator tibbi yardım göstərilib.

Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Paylaş