ABŞ-ın Florida ştatının Saraqosa şəhərinin sakinlərinə timsahların həyətyanı sahələrə və evlərə daxil olması ehtimalı barədə xəbərdarlıq edilib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, son günlərdə 3 belə hadisə qeydə alınıb.
Təhlükə timsahların hava temperaturunun qalxması fonunda müşahidə olunan aktivliyi ilə əlaqədardır.
Yerli polis insanları su hövzələri yaxınlığında istirahət zamanı ehtiyatlı olmağa, eyni zamanda bu sürünənlərə qarşı hörmət və ehtiyatla yanaşmağa çağırıb.