Qubaya 16 sm hündürlüyündə qar yağdı

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Biosfer.az xəbər verir ki, Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar yağıb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb. Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 3-9 sm-dir.

Paylaş