Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.
Departamentdən Biosfer.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın hərarəti gecələr 7-12°, bəzi yerlərdə 16°, gündüzlər 13-18°, bəzi günlərdə 24-29° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın hərarəti gecələr 7-12°, gündüzlər 14-19°, bəzi günlərdə 25-30° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın hərarəti gecələr 5-10°, gündüzlər 10-15°, bəzi günlərdə 19-24° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 54-83 mm) olacağı ehtimalı var.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 12-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın hərarəti gecələr 8-13°, gündüzlər 13-18°, bəzi günlərdə 24-29° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın hərarəti gecələr 6-11°, gündüzlər 12-17°, bəzi günlərdə 23-28° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-126 mm) olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 13-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın hərarəti gecələr 9-14°, gündüzlər 15-20°, bəzi günlərdə 25-30° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 30-49 mm) olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın hərarəti gecələr 8-13°, gündüzlər 14-19°, bəzi günlərdə 23-28° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 41-72 mm) olacağı ehtimalı var.