Güclü külək Bakıda 17 ağacı aşırdı (YENİLƏNDİ)

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gün ölkə ərazisində müşahidə edilən hava şəraiti paytaxtda 17 ağacı aşırıb.

Bu barədə Biosfer.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, aşan ağacların hamısı sağlamdır: “Bunun səbəbi ağacların əkilərkən Bakının mühitinin nəzərə alınmaması və torpağın yetərincə münbit olmamasıdır. Bu ağacların kökü dərin qatlara gedə bilmir. Buna görə də küləyə qarşı müqavimətsiz olurlar. Bu saata qədər aşan ağaclar əsasən sərv, qovaq, göyüş ağaclarıdır”.

***

Bakıda müşahidə edilən güclü külək nəticəsində bu gün şəhərin müxtəlif yerlərində 5 ağac aşıb.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, aşan bütün ağaclar sağlam, inkişafda olan hündür ağaclar olub.

Ağacların aşmasının birbaşa güclü küləklə əlaqəli olduğunu deyən O.Məmmədovun sözlərinə görə, Bakının iqlimi və torpağı burada bütün ağacların əkilməsinə imkan vermir. Bakıda güclü küləklər əsdiyindən burada əkilən ağacların hündürlüyü də 6-7 metrdən çox olmamalıdır:

“Eyni zamanda, Bakının torpağı münbit olmadığından burada ağaclar möhkəm kök ata bilmirlər. Buna görə də Bakıda ən yaxşı halda zeytun ağacları əkilməlidir”.

O.Məmmədov onu da əlavə edib ki, bayram günlərində əsən güclü küləklə əlaqədar şəhərin müxtəlif yerlərində 30 ağac aşmışdı.

Paylaş