Çində güclü toz dumanı müşahidə olunur

Google+ Pinterest LinkedIn Tumblr +

Paytaxt Pekin də daxil olmaqla Çinin şimal hissəsini toz və qum dumanı bürüyüb.

Biosfer.az xəbər verir ki, martın 28-də səhər 6-da Çinin Milli Meteorologiya Mərkəzi paytaxt və 9 vilayətdə toz dumanı ilə əlaqədar xəbərdarlıq elan edib. Havada sağlamlıq üçün təhlükəli xırda toz hissəciklərin konsentrasiyası (PM 10) bir kubmetrdə 1000 mikroqrama, bəzi yerlərdə 2000 mikroqrama çatıb.

Toz dumanının Çinə Monqolustan səhralarında külək vasitəsilə gəldiyi, bu cür hava şəraitinin gün ərzində müşahidə ediləcəyi bildirilir. Ölkənin bəzi vilayətlərində hətta toz tufanının olacağı da proqnozlaşdırılır.

Paylaş