Massaçusets Texnologiya İnstitunun kompyuter tədqiqatları və süni intellekt laboratoriyasının alimləri okean sakinlərinin təbii yaşayış mühitinə müdaxilə etmədən öyrənilməsi üçün balıq-robot yaradıblar.
Biosfer.az CNN-ə istinadən xəbər verir ki, balıq-robota yerləşdirilən kamera vasitəsi ilə həm nəhəng, həm də xırda dəniz canlılarını hiss etdirmədən müşahidə etmək, onların şəklini çəkmək mümkündür.
Bu robot artıq Fici sahillərində sınaqdan keçirilib. Suyun 15 metr dərinliyində 40 dəqiqə “üzən” robot kənardan idarəetmə düyməsiylə idarə olunub.