İranın cənubunda yerləşən Buşehr əyalətində 5 bal gücündə zəlzələ olub.
Biosfer.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar martın 19-da Bakı vaxtı ilə səhər saat 9 radələrində 11 km dərinlikdə baş verib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yayılmayıb.