Aerozollar atmosferə necə təsir edir?

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyalı iqlimşünaslar yeni kompyuter sxeminin köməyi ilə buludların yaranma prosesini izləyərək aerozolların atmosferə təsirini tədqiq ediblər.

Biosfer.az xəbər verir ki, alimlər ildən-ilə iqlimin öyrənilməsini və proqnozlaşdırılmasını asanlaşdıran texnologiyaların hazırlanmasına daha çox vaxt ayırırlar. Bu dəfə Yaponiyada qabaqcıl hesablama texnologiyaları İnstitutundan (RIKEN AICS) bir qrup tədqiqatçı aerozolların hava hadisələrinə təsirini araşdırıb.

Aerozollar atmosferdə bərk hissəciklərdir. Torpağın külək eroziyası, vulkan püskürmələri, başqa təbii və antropogen proseslər nəticəsində yaranırlar. Onlar kondensasiyanın nüvələri kimi hərəkət edir, buludların yaranması prosesində əsas rolu oynayırlar.

Əvvəllər hesab edilirdi ki, aerozolların sıxlığının artması böyük miqdarda buludun yaranmasına səbəb olur. Ancaq son peyk müşahidələri göstərdi ki, bu, heç də belə deyil. İqlimşünaslar müəyyən etdi ki, buludların üst və alt qatlarının arasında temperaturların fərqinə görə kondensasiyanın buxarlanma prosesi gedir. Əgər aşağıdan aerozollar onların yaranmasına imkan yaradırsa, yuxarıdan suya çevrilməsinə şərait yaradırlar.

Ənənəvi iqlim sxemləri ilə buluddaxili mikroprosesləri tam görmək olmurdu. Ancaq texnologiyanın inkişafı bu problemi tədricən aradan qaldırır. Yeni kompyuter proqramları mütəxəssislərə ilboyu iqlimlə bağlı düzgün xəbərlər yaymağa imkan verir.

Paylaş