ABŞ-ın Alabama ştatında, Hantsvill şəhərində çoxmənzilli binanın sakini həbs olunub.
Publika.az xəbər verir ki, o, tarakanları birdəfəlik öldürmək üçün evə od vurub.
Müşahidə kamerasındakı görüntülərdə 55 yaşlı Kristofer Jozef Reydinin necə yanğın törətdiyi öz əksini tapıb.
Xoşbəxtlikdən yanğın tez söndürülüb və xəsarət alan olmayıb. Hadisə yerinə gələn polis videogörüntülər əsasında günahkarın şəxsiyyətini müəyyənləşdirib. Saxlanılan Reydi izahatında bu vasitəylə tarakanları öldürməyə çalışdığını bildirib.