Bakı-Şamaxı yolu çökdü – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.

Biosfer.az ARB TV-yə istinadən xəbər verir ki, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.

Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.

Paylaş