Cənubi Kiprin Larnaka şəhərində adı açıqlanmayan 62 yaşlı kişi fermada qoyun və quzulara təcavüz iddiasıyla həbs olunub.
Biosfer.az “Sözçü”yə istinadən xəbər verir ki, fermer təsərrüfatının sahibi qoyun və keçilərdə olan yaralardan şübhələnib və ətrafa müşahidə kamerası yerləşdirilib. Bir gün sonra gizli kameranın qeydə aldığı görüntüləri izləyən sahibkar gördüklərindən şoka düşüb.
Belə ki, o, təsərrüfat sahəsinə gizli girən bir kişinin qoyun və keçilərə təcavüz etdiyini görüb. Sahibkar polisə şikayət edib. Şübhəli şəxs qismində saxlanılan kişi günahını boynuna alıb və maddi girov müqabilində azadlığa buraxılıb.