Balina köpəkbalığı yaxtaya yaxınlaşdı və… – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Planetin ən böyük balığı olan balina köpəkbalığı vaxtının çox hissəsini insanlardan uzaqda, suyun dərinliklərində gizlənərək keçirir. Ancaq mart-iyul aylarında onu Mərcan körfəzində Ninqalu rifində və Eksmut sahillərində (Avstraliya) görmək olar.

Biosfer.az xəbər verir ki, Qərbi Avstraliya sahillərində böyük ağızlı nəhəng balina köpəkbalığı turistlərin olduğu qayığa yaxınlaşıb. Fotoqraf Tom Kennonun çəkdiyi kadrlardan da görünür ki, o, yekə ağzı ilə insanlarla dolu yaxtanı birdəfəyə uda bilər.

Kennon “Mirror” nəşrinə açıqlama verib ki, unikal fotonu sahildən təxminən 6 kilometr uzaqlıqda çəkib: “Balina köpəkbalığı bir daha göstərdi ki, qorxunc deyil. Bütün dünyadan insanlar bura xüsusi olaraq, nadir balıqları görmək üçün gəlirlər”.

Fotoqrafın sözlərinə görə, bu köpək balığı çox maraqlı idi və təxminən 50 dəqiqə yaxtanın yanında üzdü. Bu, nadir haldı və yaxtadakı insanlar heyrətlə onun davranışını izləyirdi.

Balina köpəkbalığı ən böyük balıq növüdür. Onların uzunluğu 12 metrə, çəkisi 20 tona qədər olur. Onlar nəsli kəsilmiş növ hesab edilirlər.

Paylaş