Bayıl sürüşmə sahəsində vəziyyət açıqlanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Biosfer.az-a bildirib ki, sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.

Dəstə rəisi qeyd edib ki, sürüşmə sahəsindəki çatlarda, ərazidə quraşdırılmış mayaklarda hər hansı dəyişiklik baş verməyib: “Sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunmur. Yağışlar gecədən yağmağa başlayıb. Sürüşmənin aktivləşməsi üçün yağıntılar müəyyən qatlara çatmalıdır”.

Paylaş