Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-170, Kiçik Qafqazın çaylarında 230-260, Lənkəran-Astara zonası çaylarında 10-80, Naxçıvan Muxtar Respublikası çaylarında isə 130 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a bildirilib ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 287 kubmetr olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 240 kubmetr təşkil etməklə ongünlük normanın 99 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 49 kubmetr olmaqla ongünlük normanın 59 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 56 kubmetr təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 (2017-ci il martın 9-da 404 sm), Şirvanda 219 (2017-ci il martın 9-da 265 sm), Salyanda 167 (2017-ci il martın 9-da 207 sm), Bankədə 187 (2017-ci il martın 9-da 188 sm), Araz çayının Novruzlu məntəqəsində isə 96 santimetr (2017-ci il martın 09-da 123 sm) təşkil edir.

Paylaş