Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə, Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton, kiçik qonurdişin kütləsi isə 3 qramdır. Həmçinin balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, qurdlar, cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.
Təbiət üçün və insana faydalı olan heyvanların sayını artırmaq, qorumaq və onlara düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilmək lazımdır. Məsələn bilirsinizmi ki,, hansı heyvan hələ “ana bətnində” ikən danışmağa başlayır, hansı heyvanın ömrü boyu yalnız bir partnyoru olur? elə isə bu yazını mütləq oxuyun.
Biosfer.az sizə heyvanlar haqqında bilmədiyiniz 10 maraqlı faktı təqdim edir:
Sincablar tərk edilmiş sincab balası gördükdə onu öz övladları kimi bəsləyib böyüdürlər.

Keçilərin də insanlar kimi “danışıq tərzləri” var.

Kəpənəklər dadı ayaqları vasitəsilə bilir.

İtlərin burun izləri insanların barmaq izləri kimi bənzərsizdir.

Cücələr yumurtadan çıxmamış anaları və digər yumurtadakı cücələrlə səs vasitəsilə rabitə yarada bilir.

Dəniz atlarının həyatlarının sonuna kimi bir partnyoru olur və səyahət edərkən quyruqları ilə bir-birinə bağlanırlar.

İsveçdə Kaninhoppinq adlı dovşan tullanma yarışması var.

Çində panda öldürən şəxs ölümlə cəzalandırıla bilər.

Erkək itlər dişi itlərlə oyun oynayan zaman fiziki gücləri çatsa belə məğlub olurlar.

Sincabların daha sonra yemek için basdırdıqları qozların yerini unutması nəticəsində minlərlə qoz ağacı yetişir.
