Xəzər Universiteti nəzdində “Dünya məktəbi”nin şagirdləri AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.
Biosfer.az xəbər verir ki, RSXM-in Monitorinq mərkəzi ilə tanış olan şagirdlərə zəlzələ zamanı davranış qaydalarına dair təlim keçirilib. Təlimi Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova və Zəlzələlərin tədqiqatı bürosunun əməkdaşı Yeganə Muradova keçiblər.
Təlim zamanı şagirdləri maraqlandıran suallar cavalandırılıb.