Şikayət yerində araşdırılıb

Google+ Pinterest LinkedIn Tumblr +

Paytaxtın Xətai rayonunun, Gəncə prospekti, 30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəisi Hikmət Əlizadə Biosfer.az-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə 17 müxtəlifcinsli ağacın olduğu və ağac kəsintisi faktının olmadığı müəyyən edilib: “Aparılan araşdırma zamanı Xətai rayonunun Gəncə prospekti, 30 ünvanında qeyri-yaşayış binasının tikintisi məqsədilə 0,32 hektar torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Qaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi məlum olub”.

H.Əlizadənin sözlərinə görə, ərazidəki ağacların qorunub mühafizə olunması üçün MMC-yə göstəriş verilib.

Paylaş