Şam ağaclarının qoynunda ekoloji otel – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Norveçdə, Odda şəhəri yaxınlığındakı meşə ərazisində şam ağaclarının qoynunda ekoloji otel açılıb.

Biosfer.az xarici saytlara istinadla xəbər verir ki, “Helen & Hard Architects” şirkətinin layihəsi ilə tikilən və xüsusi konstruksiyaya malik ekootel müasir arxitekturanın bütün tələblərinə uyğundur.

Əsas tikinti materialı olaraq müxtəlif ağac sortlarından hazırlanan və təqribən 6 metr hündürlükdə yerləşən evlərin ümumi sahəsi 15 kvadratmetrdir. Otelə pilləkənlə qalxmaq mümkündür.

Otelin sahəsinin kiçik olmasına baxmayaraq, burada qonaq otağı, mini mətbəx, vanna otağı və tualet, həmçinin 4 nəfərlik 2 yataq zonası var. Ağac üzərində evlərin hər biri elektrik, internet və məişət avadanlığı ilə təchiz edilib.

Ekooteldə 2 nəfərin bir sutkalıq istirahəti 310 dollara başa gəlir.

Paylaş