Argentinanın şimal-qərbində 5,7 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat verir ki, yeraltı təkanların episentri San-Salvador-de-Jujuy şəhərindən 105 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.