Damotudan narahatlıq və qorxu əleyhinə istifadə edilir

Google+ Pinterest LinkedIn Tumblr +

Damotu X əsrdən təbabətdə tətbiq edilən dərman bitkisidir, onun adı latın dilindən tərcümədə şirquyruğu mənası verir. Damotu 1968-ci ildən keçmiş sovetlər ittifaqının Dövlət Farmakopeyasına daxil edilib. Bitkinin toxumlarından əldə edilən piyli yağ yüksək keyfiyyətli lakların hazırlanması, kağız və parça səthlərinə keçirməzlik bəxş etmək üçün onların hopdurulmasında istifadə edilir. Bitkidən alınan lif keyfiyyətinə görə kətan liflərinə yaxındır. Baytarlıqda damotunun cövhəri sidikqovucu kimi tətbiq edilir.

Biosfer.az tibbi mənbələrə istinadla xəbər verir ki, damotunun tərkibindəki kimyəvi maddələr ondan həm sakitləşdirici, həm də narahatlıq və qorxu əleyhinə istifadə etməyə imkan verir. Qalxanabənzər vəzin hiperfunksiyası zamanı səmərəli təsir göstərir.

Damotu bitkisinin preparatları sedativ təsirə malikdir, arterial təzyiqi aşağı salır, ürək ritmini azaldaraq miokardın yığılma gücünü artırır, karbohidrat və yağ mübadiləsinə müsbət təsir göstərir.

Ondan, əsasən qorxu, taxikardiya, həyəcan zamanı, meteorizm, həzm pozğunluqları, isteriya, epilepsiya, hepertoniyanın birinci və ikinci mərhələlərində tətbiq edilir. Yemişan və pişikotu ilə birlikdə ürək fəaliyyətinin gücləndirilməsi üçün istifadə edilir.

Xaricə istifadə zamanı damotu iltihab əleyhinə, antiseptik və regenerasiyaedici təsir göstərir. Damotu köklərinin dəmləməsi dizenteriya zamanı içilir.

2 çay qaşığı qurudulmuş damotu üzərinə dörddəbir litr qaynar su əlavə edilərək 10 dəqiqə dəmlənilib süzülür. Alınan dəmləmə iki-üç yerə bölünərək gün ərzində içilir.

Hipotoniya, tromboz və tramboflebit zamanı istifadəsi qəti qadağandır.

Paylaş