Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Google+ Pinterest LinkedIn Tumblr +

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bunu Biosfer.az-a Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Çingiz İsmayılov, Siyəzən rayon sakini Mübariz Məhərrəmov və Ağstafa şəhər sakini Eldəniz Nəbiyev olduğu məlum olub, onlardan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 700 manat məbləğində cərimə olunub.

B.Məhəmmədov onu da bildirib ki, Xidmətin əməkdaşları tərəfindən Xaçmaz rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayonun Sibiroba kəndi yaxınlığında qanunsuz ov edən Sumqayıt şəhər sakini Asim Qəmbərov saxlanılıb və o, 1000 manat məbləğində cərimə edilib.

Paylaş