Zərdab-Bərdə sərhədində zəlzələ olub

Google+ Pinterest LinkedIn Tumblr +

Oktyabrın 5-də Zərdab stansiyasından 19 kilometr qərbdə – Zərdab-Bərdə sərhədində maqnitudası 4.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Biosfer.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:56-da qeydə alınıb.

Ocağı 33 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Paylaş