Torpaq sürüşməsi 4 nəfərin ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Halvaçaur rayonunda leysan yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşmüş sayılır.

Biosfer.az “Sputnik Qruziya”ya istinadən xəbər verir ki, rayonun Coço kəndində bir evin uçmasından sonra ər və arvad, həmçinin onların bir uşağı dağıntılar altında qalıb.

Bir müddət sonra ər və arvadın meyitləri torpaq altından çıxarılsa da, uşağın axtarışı davam edir.

Bir müddət əvvəl isə xilasedicilər dağıntılar altından içərisində bir kişi və qadının olduğu avtomobil tapmışdılar.

Paylaş