Qəbiristanlıq tullantılardan təmizləndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Suraxanı rayonunun Əmircan qəsəbəsi qəbiristanlığının ərazisində məişət tullantılarının atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Xidmətin rəis müavini Ramal Bağırov Biosfer.az-a bildirib ki, həmin əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb: “Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Suraxanı rayon MKTB-yə məcburi göstəriş verilib”.

Paylaş