Yamalda nəhəng çala tapılıb

Google+ Pinterest LinkedIn Tumblr +

Yamalda (Qərbi Sibirin şimalında yarımada, Rusiyanın Yamalo-Nenets muxtar dairəsinin ərazisində) nəhəng çala tapılıb.

Biosfer.az nat-geo.ru saytına istinadla xəbər verir ki, təxminən 50 metr dərinlikdə olan nəhəng silindrik krater “Vesti Yamal” çəkiliş qrupu tərəfindən təsadüfən aşkar edilib, sonra isə yeni obyekti öyrənmək məqsədilə bir qrup alim hadisə yerinə gəlib.

Hesab edilir ki, bu cür çalaların yaranması səthin altında əriyən daimi donuşluğun “ciblərində” metanın yığılması səbəbindən baş verir. Yığılmış qaz 12 atmosferə qədər güc toplayır və daimi donuşluğun qoruyucu səthini keçir. Buz və torpağın iri parçaları episentrdən yüzlərlə metr məsafəyə səpələnir. Yüz metr dərinliyə qədər və səthində mükəmməl dairəvi konturlar olan silindrik çala yaranır.

Texniki elmlər doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vasili Boqoyavlenski deyib: “Bu obyekt unikaldır. O, hələ ki açıqlamağa hazır olmadığım bir çox əlavə elmi informasiyanı daşıyır. Bu, elmi nəşrlərin mövzusudur. Biz bunun hamısını təhlil etməli, üçölçülü modellər qurmalıyıq. Yüksək reytinqli jurnallarda elmi məqalələrdə bunların hamısını izah etməliyik”.

Obyekt elmi reyestrlərdə 17 nömrə ilə qeydə alınıb. 2014-cü ildən bəri bu qədər sayda müvafiq obyekt Yamalda tapılıb, öyrənilib və sənədləşdirilib. Yeni obyektin unikallığı təkcə böyük ölçülərində deyil, həm də daha dərindən öyrənilməsi üçün qorunub saxlanmasıdır.

V.Boqoyavlenski daha əvvəl bildirmişdi ki, Yamalın geniş ehtiyatlarından qaz hasilatı çalaların yaranma amillərindən biri ola bilər. Alim kraterlərin qaz kəmərləri, sənaye obyektləri və ya yaşayış sahələri yaxınlığında yığılacağı təqdirdə ekoloji fəlakət riskindən narahatdır.

Paylaş