Qubada torpaq sürüşməsi baş verib

Google+ Pinterest LinkedIn Tumblr +

Quba rayonunun Afurca kəndində Vəlvələ çayının qırağı ilə gedən yolda torpaq sürüşməsi baş verib.

Bu barədə Biosfer.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, təqribən 30-40 metr hündürlükdən başlayan torpaq sürüşməsi zamanı, ərazidən keçən 76 mm diametrində olan qaz xəttinin 100 metrə yaxın hissəsi dayaqlardan yerə düşüb. Qaz xəttində zədələnmə yoxdur, sızma müşahidə edilməyib və qaz təminatında fasilə yaranmayıb.

Qeyd edilən qaz xətti 35 fərdi yaşayış evinin təchizatına xidmət göstərir. “Azəriqaz”ın Xaçmaz Regional qaz istismarı İdarəsindən bildirilib ki, hazırda bərpa işləri aparılmaqdadır və torpaq sürüşməsi ehtimalı olan ərazilər nəzarətdə saxlanılır.

Paylaş