“Marko” fırtınası Luiziana sahillərinə çatıb

Google+ Pinterest LinkedIn Tumblr +

“Marko” tropik fırtınası ABŞ-ın Luiziana ştatına çatıb və tropik depressiyayadək zəifləyəcək. Bu barədə ABŞ Qasırğaları Müşahidə Milli Mərkəzi məlumat yayıb.

Biosfer.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Marko” fırtınasının küləyinin sürəti saniyədə 18,05 metrədək azalıb. Fırtına 3,6 metr/saniyə sürətlə şimal-qərbə doğru irəliləyir.

ABŞ Prezidenti Donald Tramp Texas, Luiziana və Missisipi ştatlarında, habelə Puerto-Riko ada dövlətində fövqəladə vəziyyət elan edib. Bu, ABŞ administrasiyasına fəlakətin fəsadlarını aradan qaldırmaq üçün yerli hökumət orqanlarına federal yardım ayırmağa imkan yaradacaq.

Atlantik okeanda qasırğa mövsümü iyunun əvvəlindən noyabrın sonunadək davam edir.

Paylaş