Yeni plastik maddə yaradıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Kolorado ştatının universitetinin mütəxəssisləri çinli və Səudiyyə Ərəbistanından olan alimlərlə əməkdaşlıq şəraitində kimyəvi inşaat bloklarından ibarət yeni material yaradıblar. Mütəxəssislərin sözlərinə görə, kifayət qədər möhkəm, sərt və sabit olan bu material emal zamanı özünün ilkin xassələrini saxlayır.

Biosfer.az“nat-geo.ru” saytına istinadla xəbər verir ki, dünyada hər il 300 milyon tondan çox plastik kütlə istehsal edilir və məsələn, ABŞ-da onun yalnız 10 faizə qədəri təkrar emal olunur. Qalan hissə zibilxanaya aparılır, yandırılır və ya ətraf mühitə düşür.

Plastik kütlənin təkrar emal edilən hissəsinin belə az olmasının bir səbəbi ondan ibarətdir ki, təkrar emal zamanı bu maddələrin kimyəvi strukturu pozulur. Buna görə də təkrar emal edilmiş plastikdən yalnız ucuz mallar istehsalı üçün istifadə edilir.

PBTL kimi işarə edilən yeni plastik kütləni kimyəvi katalizatorun tətbiqi ilə 24 saat ərzində 100 dərəcəyədək qızdıraraq təkrar emal etmək olar. Bu halda plastik kütlə ilkin inşaat blokları şəklində parçalanır, onları yenidən yüksək keyfiyyətli PBTL şəklində yığmaq mümkündür.

Araşdırmanın aparıcı müəllifi Yucin Çen deyib: “Lakin burada bir problem var. PBTL-i təkrar emal etmək üçün əvvəlcə qarışıq plastik tullantılarda olan digər plastik növlərdən ayırmaq lazım gələcək”. Tədqiqatçılar yeni plastikdən hazırda adi plastmasdan istifadə etməklə hazırlanan çoxsaylı məmulatın istehsalı üçün tətbiq etməyi məsləhət görürlər. Bu halda ətraf mühitə düşən zərərli maddələrin miqdarı əhəmiyyətli dərəcədə azalır.

Alimlərin sözlərinə görə, PBTL-in təkrar emalı prosedurunu qeyri-məhdud sayda yerinə yetirmək olar.

Paylaş