İtaliyanın 14 şəhərində təhlükəli vəziyyət

Google+ Pinterest LinkedIn Tumblr +

İtaliyanın səhiyyə nazirliyi ölkənin 14 şəhərində avqustun 1-də gözlənilən istilərlə əlaqədar ən yüksək dərəcəli (Qırmızı dərəcə) təhlükəli hava vəziyyəti elan edib.

Biosfer.az qurumun saytına istinadən xəbər verir ki, proqnozlarda termometr göstəricisinin Roma, Turin, Florensiya, Bolonya, Breşiya və sair şəhərlərdə 40 dərəcəyə qədər qalxma ehtimalı bildirilir.

Xatırladaq ki, isti havalar dalğası Fransa, İspaniya, Yunanıstan və Bolqarıstanda iyulun axır günlərində meşə yanğınlarına səbəb olub. İyulun 25-də Belçikada hava 40,6 dərəcəyə qədər istiləşdi və ölkədə havanın müşahidə tarixində rekord oldu.

Paylaş