Dünyada milyonlarla insanın rifahı meşələrin vəziyyətindən asılıdır

Google+ Pinterest LinkedIn Tumblr +

Son 30 ildə bütün dünyada meşə massivlərinin sahəsi əvvəlkindən aşağı sürətlə olsa da, azalmaqda davam edir. Bu gün meşələr torpaq sahəsinin üçdəbir hissəsini təşkil edir və onların 25 faizi Avropa qitəsində Rusiya Federasiyasının ərazisinə düşür.

Biosfer.az xəbər verir ki, bunlar 236 ölkədə və ərazilərdə meşələrin vəziyyətinin yeni hərtərəfli tədqiqatının göstəriciləridir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) məlumatına görə, 1990-cı ildən bəri dünya meşələrinin sahəsi 178 milyon hektar azalıb ki, bu da təxminən Liviyanın ərazisinə bərabərdir. Lakin bu göstərici bəzi ölkələrdə meşə massivlərinin azalması ilə yanaşı, onların digər ölkələrdə artmasını da ifadə edir. Burdan belə bir nəticəyə gəlmək olur ki, meşə sahələrinin artması heç də onların itkisini kompensasiya etmir. Biz meşəsizləşmə probleminə kənd təsərrüfatı ehtiyacları üçün meşələrin qırılması baxımından yanaşsaq, son 30 il ərzində meşə itkilərinin artıq 420 milyon hektar təşkil etməsinin şahidi olarıq. Eyni zamanda, artıq meşəsizləşmə tempinin azalması müşahidə olunmaqdadır. Belə ki, əgər 1990-2020-ci illərdə biz hər il 16 milyon hektar meşə sahəsi itirmişiksə, 2010-2015-ci illərdə bu rəqəm 12 milyon hektar, son beş ildə isə illik itkilər 10 milyon hektar təşkil edib.

Braziliya, Konqo Demokratik Respublikası, İndoneziya, Anqola, Tanzaniya, Paraqvay, Myanma, Kamboca, Boliviya və Mozambik son 10 il ərzində ən böyük illik meşə itkilərinə məruz qalan ölkələr sırasındadır. Meşə ərazilərinin artdığı ölkələr sırasında isə Çin, Avstraliya, Hindistan, Çili, Vyetnam, Türkiyə, ABŞ, Fransa, İtaliya və Rumıniya yer alıb.

Dünyada milyonlarla insanın rifahı meşələrin vəziyyətindən asılıdır: onlar insanların qida və gəlir mənbəyidir. Belə ki, 60 min ağac növünün yetişdiyi meşələr çoxsaylı bitki və heyvanlar aləmi üçün ev rolunu oynayır: burada suda-quruda yaşayanların 80 faizi, quşların 75 faizi, məməlilərin 68 faizi məskunlaşıb. Beləliklə, meşələrin mühafizəsi narahatlıq templəri ilə azaldılmış biomüxtəlifliyin qorunması deməkdir. Burdan belə bir nəticəyə gəlmək olur ki, meşələrin qorunması, həyəcanverici dərəcədə azalmaqda olan biomüxtəlifliyin qorunması deməkdir.

“Son bir neçə onillik ərzində meşələrin qırılması tempi yetərincə azaldığı halda, bu problem hələ də böyük narahatlıq doğurur. Vəziyyət dəyişməzsə, biz meşələrin səmərəli idarə olunması ilə bağlı davamlı inkişaf məsələlərini həll edə bilmərik”, – deyə hesabatın koordinatoru Anssi Pekkorinen bildirib. O, ərzaq istehsalında, yoxsulluğun azaldılmasında, biomüxtəlifliyin qorunmasında və iqlim dəyişikliyinin qarşısının alınmasında mühüm rol oynayan meşələrin qırılmasına son qoymağa çağırıb.

Pərviz Hikmət

Paylaş