Qanunsuz qum daşıyanlar cəzalandırılıblar

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı gecə saatlarında Goradil bağlar massivinin Xəzər dənizi sahilində “KamAZ” markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkarlanıb.

Faktla bağlı qanun pozucuları, Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3 min 764 manat məbləğində cərimə olunublar.

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.

Paylaş