Partlayan su borusunun “təmiri” daha ciddi problemlərə səbəb oldu – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Gəncənin Dadaş Bünyadzadə və Aidə İmamquliyeva küçələrinin kəsişməsində su borusunun partlaması ətraf ərazilərin sua altında qalmasına eyni zamanda anti-sanitariya vəziyyətinin yaranmasına səbəb olmuşdu.

“Report” Qərb Mərkəzinə yerli sakinlər şikayyət ərizəsi ünvanlayaraq ətraf ərazilərin və yolların su altında qalması barədə rəsmi qrumlara müraciətləri isə heç bir fayda verməyib. Ərazidə isə anti-sanitariya vəziyəti höküm sürür.

Çəkiliş qrupunun sözügedən ərazidən hazırladığı videoreportajı yayımlandıqdan sonra rəsmi qrumlar məsələyə dərhal reaksiya vermişdilər. Lakin qaş düzəldən yerdə vurub göz çıxaran adiyyatı qrumların əməkdaşları vəziyyəti daha da gərginləşdiriblər.

Həmin küçəsinin sakinləri “Report”un Qərb Mərkəzinə yenidən müraciət edərək ərazidə daha da təhlükəli vəziyyətin yarandığını bildiriblər.

Yerli sakin Razim Kərimovun sözlərinə görə, adiyatı qurumun işçiləri bir neçə gün öncə sözügedən ərazidə suyun ətrafa axmaması üçün çuxur qazıb gediblər. İki metrdən çox dərinliyi olan bu çuxur ərazidə suyun axmasının qarşısını almayıb. Əksinə küçənin sakinləri üçün təhlükəyə çevrilib. Küçənin sakinləri isə əsl problemi unudub övladlarının suyla dolu olan çuxurlara düşüb boğulması qorxusu ilə yaşayırlar.

Paylaş