Bu gün Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Google+ Pinterest LinkedIn Tumblr +

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür.

Biosfer.az xəbər verir ki, bu günün qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir. Səhralaşmanın yaranmasının əsas səbəbi antropogen faktorlar və iqlim dəyişkənliyidir.

Səhralar planetin quru ərazisinin beşdəbirindən çoxunu əhatə edir və hər qitədə mövcuddur. Hər il dünyada təxminən 12 milyon hektar məhsuldar torpaq yararsız vəziyyətə düşür. Məhsuldar torpaqlar ağır səhra ərazisinə çevrilir və problem böyüyür. Səhralaşma bütün dünyada təxminən 1,5 milyard insana təsir göstərir. Hər il səhralaşma və quraqlıq kənd təsərrüfatında təxminən 42 milyard dollar itkiyə səbəb olur.

Paylaş