Tovuzda külək iri gövdəli ağacı dəmir yoluna aşırıb

Google+ Pinterest LinkedIn Tumblr +

Güclü külək nəticəsində bu gün saat 16:15 radələrində Bakı-Gürcüstan dəmir yolunun Tovuz rayon ərazisindən keçən hissəsində ağac aşaraq hər iki yolu bağlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Biosfer.az-a verilən məlumata görə, nəticədə qatarların hərəkəti dayanıb. Saat 17:10-da yolun biri açılıb.

Hazırda ikinci yolda təmizlənmə işləri aparılır, yaxın saatlarda həmin yol da açılacaq.

Paylaş