Gürcüstanın şərqində zəlzələ olub

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstanın şərqində, azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar 3,1 bal gücündə Dmanisi şəhərindən 18 kilometr aralıda Soqutlo kəndində qeydə alınıb.

Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat olmayıb.

Paylaş