Qazaxın kəndlərinə dolu düşüb

Google+ Pinterest LinkedIn Tumblr +

Dünən yerli vaxtla saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən Biosfer.az-a verilən məlumata görə, dolu təxminən 10 dəqiqə davam edib.

Hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb. Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

Paylaş