Qusarda ağacların kəsilməsi faktı aşkarlanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi haqqında daxil olan şikayət araşdırılıb.

Biosfer.az xəbər verir ki, bunu kütləvi informasiya vasitələrinə açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, həmin əraziyə keçirilən baxış zamanı oranın meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub. Təqsirkarın müəyyən olunması və barəsində qanuna müvafiq tədbir görülməsi üçün Qusar Rayon Polis İdarəsinə müraciət edilib.

Paylaş