COVID-19-dan sonra qlobal iqlim emissiyaları 20 faiz azalıb

Google+ Pinterest LinkedIn Tumblr +

Koronavirus pandemiyası səbəbindən iqtisadi aktivliyin qlobal səviyyədə zəifləməsi bütün dünyada karbon tullantıları həcminin təxminən 20 faiz azalmasına gətirib çıxarıb.

Biosfer.az xəbər verir ki, bu barədə “Təbiətdə iqlimin dəyişməsi” adlı elmi jurnalda dərc olunmuş yeni tədqiqatın nəticələri haqqındakı məruzədə yazılıb. Müəlliflər qeyd edirlər ki, əsasən dünya ölkələrinin tətbiq etdikləri “məcburi məhdudiyyətlərin” hesabına aprel ayında tullantılar 17 faiz, yəni 18,7 milyon ton azalıb.

Məruzədə bu həcmdə tullantıların 2006-cı ildən bəri qeydə alınmadığı bildirilir. Tədqiqatçılar ümid edirdilər ki, koronovirusla bağlı məhdudiyyətlərin nəticələri iqtisadi obyektlərin fəaliyyəti bərpa ediləndən sonra da tullantıların aşağı səviyyədə saxlanması üçün müvafiq zəruri tədbirlərin görülməsinə kömək edəcək.

Paylaş