ÜST: Dünyada koronavirus qurbanlarının sayı 79 min nəfəri ötdü

Google+ Pinterest LinkedIn Tumblr +

Dünyada koronavirusa yoluxanların sayı 1,35 milyon nəfərə çatıb.

Biosfer.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumatda bildirilir ki, dünyada 79,2 min insan pandemiyanın qurbanı olub.

“Hazırda dünyada koronavirusa yoluxanların sayı 1 353 361 nəfərdir. İndiyə kimi 79 235 nəfər pandemiyanın qurbanı olub”, – deyə xəbərdə qeyd edilir.

Təşkilatın məlumatına görə, son sutka ərzində dünyada daha 73 639 nəfər koronavirusa yoluxub, 6 695 nəfər COVID-19 infeksiyasından ölüb.

Hazırda dünyada koronavirusa ən çox yoluxma Avropa regionunun payına düşür. Köhnə qitədə 720 219 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş