Xaçmazda qovaq ağacları kəsildi – 49 640 manatlıq ziyan

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xaçmaz rayonunun Ləcət kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı fakt təsdiqini tapıb. Belə ki, Xaçmaz rayon sakini Bəxtiyar Novruzbəyovun özünə məxsus pay torpağında qovaq ağaclarını müvafiq icazə sənədi olmadan kəsməsi nəticəsində təbiətə 49 min 640 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib.

Paylaş