Kamçatkada güclü zəlzələ, sunami təhlükəsi elan edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın Kamçatka yarımadasında 7,6 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən məlumat yayıb.

“Zəlzələnin episentri Petropavlovsk – Kamçatkadan 500 kilometr uzaqlıqda yerləşib. Yeraltı təkanlar Kamçatkanın dörd rayonunda 5 bal gücündə hiss edilib”.

Zəlzələ ilə bağlı sunami təhlükəsi elan edilib. Sunami təhlükəsi səbəbindən Şimali-Kurilskdən 400 nəfər təxliyə edilib.

Paylaş