Yeni növ canlı alimləri dəhşətə gətirdi – Bədənində…

Google+ Pinterest LinkedIn Tumblr +

İngiltərənin Nyukasl universitetinin tədqiqatçıları Sakit okeanın qərbində yerləşən dünyanın ən dərin okeanik dərinsulu çökəkliyi olan Marianada dəniz səviyyəsindən 7 kilometr dərinlikdə yeni bir növ dəniz canlısı tapıb.

Biosfer.az xəbər verir ki, alimlər yeni növ canlıya “Eurythenes plasticus” adını verib.

Bu canlını digərlərindən fərqləndirən mühüm bir amil var. Belə ki, təhlillər zamanı dəniz məxluqunun bədənində plastik olduğu müəyyənləşib.

“Eurythenes plasticus”un təhlil edilmiş dörd nümunəsindən birində mikrofiber plastik tapılıb. Tapılan mikrofiberin su şüşələrinin istehsalında istifadə olunan plastikə 83% bənzədiyi bildirilib.

Paylaş